Prezident İlham Əliyev Tahir Salahova zəng edib


Siyasət 29 Noy 2018 11:48:28 264 0

Prezident İlham Əliyev Tahir Salahova zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahova telefonla zəng edib. 

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Tahir Salahovun fəaliyyətini yüksək qiymətləndirib, onu 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Tahir Salahov telefon zənginə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib və onu Azərbaycanın yüksək dövlət mükafatına - 1-ci dərəcəli "Əmək" ordeninə layiq gördüyünə görə dərin minnətdarlığını bildirib.

Dövlətimizin başçısı Tahir Salahova möhkəm cansağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.