"Onların mübarizəsi Azərbaycanı söyməklə daha çox pula sahib olmaq uğrundadır"


Siyasət 28 Noy 2018 21:10:00 304 0

"Onların mübarizəsi Azərbaycanı söyməklə daha çox pula sahib olmaq uğrundadır"

"Çirkin yolun çirkin də nəticəsi olur"

Xaricdə yaşayıb Azərbaycana qarşı daim çirkin, böhtan xarakterli kampaniya aparan insanların son günlərdəki açıqlamaları bir daha göstərdi ki, onların mübarizəsi heç də Azərbaycanda demokratiya və insan hüquqları uğrunda deyil. Onların mübarizəsi Azərbaycanı söyməklə, Vətəninə çirkab atmaqla daha çox pula sahib olmaq uğrundadır.

Bu barədə Son.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə bildirib.

Ekspert: "Xaricdəki anti-Azərbaycan şəbəkəsinin sifarişli qrantlar üzərində dayandığına şübhə qalmadı" Millət vəkili qeyd edib ki, bu gün o pulu daha çox mənimsəmək uğrunda mübarizə gedir: "Göründüyü kimi, bu pulların nə mənbəyi, nə də sifarişçiləri açıq bilinir, amma aydın məsələdir ki, bunlar xaricdəki Azərbaycanın inkişafını, uğurlarını görməyən və görmək istəməyən bəzi qüvvələrdir. Həmin qüvvələr bunun üçün milli satqınlardan, öz şərəf və ləyaqətini pula satanlardan maksimum istifadə edirlər. Onların Azərbaycan dediklərinin arxasında yalnız və yalnız pul durur.

Onsuz da, onların söylədikləri Azərbaycanda heç bir əks-səda, dəstək tapmırdı. Bu gün Azərbaycan dövlətinin vətəndaşı öz vəziyyətini reallıqla, həyatında yeniliklərin olması ilə qiymətləndirə bilir. Bu baxımdan özlərini ifşa edənlərin açıqlamaları bir daha göstərir ki, Azərbaycanın uğurları xaricdə müəyyən dairələrdə narahatlıq yaradır və ona görə də çirkli pullarla ölkəmizə qarşı şər, böhtan atmağa hazır olan azərbaycanlılar tapmağa və onlardan istifadə etməyə çalışırlar. Düzdür, bu cür "azərbaycanlı"ların bəziləri açıqlamaları ilə özlərini və kampaniyadaşlarını ifşa etdilər. Amma bu, o demək deyil ki, Azərbaycana qarşı çirkab kampaniyası dayanacaq. Lakin bir daha aydın oldu ki, söhbət demokratiyadan yox, onların daha çox pulları mənimsəyə bilməsindən gedir".

A.Mirzəzadə qeyd edib ki, vicdanlı olmağı yox, çirkin yolu üstün tutanların sonu da çirkin olur: "Hər kəs yolunu özü seçir. Kimsə yaxşı vətəndaşı olmağı, milli hisslərlə yaşamağı üstün tutur, kimlərsə istənilən pula satılmağa hazır olurlar. Pula satılanların sonu isə budur. Bir-birini pul üstündə qırmaq, özünü biabır etmək, iç üzünü açmaq. Göründüyü kimi, çirkin yolun çirkin də nəticəsi olur".

"Demokratiya" kuklaları dalaşır: A bala, pulumu ver də...  Qeyd edək ki, Avropada yaşayan azərbaycanlı gənc siyasi mühacirlər Məhəmməd Mirzəli və Tural Sadıqlı seçki öncəsi birliyinin və Azərbaycana qarşı kampaniya aparmasının səbəbi məlum olub. Sosial şəbəkələrdə bir-birlərini ifşa edən bu "demokratiya mübarizləri"nin sözlərindən belə bəlli olur ki, onları xaricdən alınan qrantlar birləşdirib. Bunun müqabilində isə onların qarşısına Azərbaycan dövləti əleyhinə kampaniya aparmaq məqsədi qoyulub.

Məhəmməd Mirzəli sosial şəbəkədə Tural Sadıqlı haqda yazıb: "Mən heç zaman bunu yazmazdım, özün məcbur etdin. Sən özünü ifşa etmək qərarına gəldin, davam elə. Mənim də deyəcəyim şeylər olacaq. Qrantı aldın, nə qrant verən təşkilatın adını açıqladın, nə aldığın qrantın məbləğini dedin, məni efirə çıxarıb pul qazandın. Mən də sənin bu əməlinə qarşılıq olaraq öz videolarımı Youtube-dan sildirdim. Mən bu işləri pulsuz görən adamam, biz qrant gəlməsə belə, birgə nəyəsə razılaşsaydıq, təbii ki, işlər görüləcəkdi. Amma məsələnin mahiyyəti budur ki, sən məndən istifadə etdin, "xalqın layihəsini də qrant" üçün etdin, mən bu dəqiqənin özündə belə xalqın layihəsini etməyə hazıram, pulsuz-parasız gəl edək, digər səhifələri də çağıraq. Bir də ki elə yazmısan ki, yanımıza çəkdik filan etdik. Mən öz işimi özüm həyata keçirmişəm".

"Made in Azerbaijan" səhifəsinin idarəçisi olan Məhəmməd daha sonra Turalı satqınlıqda da ittiham edib: "Sənin qardaşın iki kilo heroinlə şərlənir azadlığa buraxılır və sonra da gəlir Almaniyaya. Sənin Bakıdakı fəaliyyətin barədə danışmağa başlasam, təmiz batarsan. Almaniyada etdiklərini isə saxlayıram ikinci yazıya".

Tural Sadıqlı isə, öz növbəsində, yazdığı statusunda Məhəmməd Mirzəlini nankorluqda ittiham edib və ona təzyiq olan zaman dəstək olduğunu deyib. 

İlkin İzzət Son.az