Muğam Mərkəzində Əliağa Kürçaylının yaradıcılığına həsr olunmuş konsert keçirilib


Kriminal 28 Noy 2018 13:57:00 241 0

Muğam Mərkəzində Əliağa Kürçaylının yaradıcılığına həsr olunmuş konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm "Yaradanlar və yaşadanlar" layihəsi uğurla davam edir.

Son.az bildirir ki, Noyabrın 27-də  Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert unudulmaz şair, dramaturq, bir çox məşhur mahnıların müəllifi Əliağa Kürçaylının yaradıcılığına həsr olunmuşdu.

Tədbir "Mədəniyyət" televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Konsertdə xalq artisti Gülyanaq Məmmədova - "Tez gəl", əməkdar artistlər Rəşad İlyasov - "Gəl barışaq", Zakir Əliyev - "Könlüm sənindir", Azərbaycan Televiziyası və Radiosunun solistləri - Zabitə Hüseynova - "Mən sənin yanına gəlirdim", Pərviz Qasımov - "Küçəmizdən keçəndə sən", Günay İmamverdiyeva - "Gedəy üzü küləyə", Rövşən Əziz - "Heç xəbərin yoxdu sənin", xanəndə Könül Məmmədli - "Təki sən səslə məni" mahnılarını ifa ediblər.

İfaçıları xalq artisti Ağa Сəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edib.