Azərbaycan nümayəndə heyəti Yerevanda keçirilən PABSEC iclasında yubiley medalını almaqdan imtina edib


Siyasət 27 Noy 2018 11:02:00 283 0

Azərbaycan nümayəndə heyəti Yerevanda keçirilən PABSEC iclasında yubiley medalını almaqdan imtina edib

Eyni anda dörd ölkə bu gün Ermənistan paytaxtı Yerevanda işinə başlayan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 52-ci iclasında yubiley medalını almaqdan imtina edib.

Son.az report-a istinadən xəbər verir ki, giriş nitqindən sonra Ermənistan parlamentinin sədri Ara Babloyan təşkilatın 25 illiyi münasibətilə bütün milli nümayəndə heyətlərinin medallarla təltif olunacağını elan edib. Lakin birdən-birə dörd ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstan və Ukraynanın nümayəndə heyətləri medallardan imtina edib.

Məsələ ilə əlaqədar A.Babloyan mükafatın yalnız nümayəndə heyətinin rəhbərlərinə yox, bütün heyətə aid olduğunu bildirib. 

QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev isə, öz növbəsində, deyib ki, bundan faciə düzəltmək lazım deyil.

Qeyd edək ki, iclasda Azərbaycan nümayəndə heyətinə deputat Eldar Quliyev rəhbərlik edir.