Muğam Mərkəzində Qara Qarayevin 100 illik yubileyi keçirilib FOTO


Kriminal 26 Noy 2018 14:46:00 266 0

Muğam Mərkəzində Qara Qarayevin 100 illik yubileyi keçirilib  FOTO

Beynəlxalq Muğam Mərkəzində dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib

.

Noyabrın 23- də Beynəlxalq Muğam Mərkəzində, ADMİU - nin və Beynəlxalq Muğam Mərkəzinin birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində  dahi bəstəkar, məşhur alim-pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Tədbirdə ADMİU- nin Musiqi sənəti fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Qaralova çıxış edərək Qara Qarayevin yaradıcılığından söhbət açdı.

Daha sonra  bəstəkarın həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olundu. 

Konsertdə  Qara Qarayevin yaradıcılığının  müxtəlif dövrlərində yazdığı Simli kvartet üçün Sonatina, "Eskiz", "İldırımlı yollarla"baletindən "Ehtiraslı qızın rəqsi", "Çar kəndinin heykəli", "Afrodita adası" tamaşasından mahnı, "Yeddi gözəl" baletindən  "Vals", "Don Kixot" simfonik qravürləri, "Dənizi fəth edənlər" k/f-dən "Gənclik mahnısı" və "Xoşbəxtlik mahnısı"  kantataları tələbələrin ifasında  səsləndi. Bütün çıxışlar  alqışlarla  qarşılandı.


Xəbərə aid fotolar