Avropa Şurası: "Azərbaycan insan alveri ilə mübarizədə irəliləyişə nail olub"


Siyasət 23 Noy 2018 17:20:00 282 0

Avropa Şurası: "Azərbaycan insan alveri ilə mübarizədə irəliləyişə nail olub"

Azərbaycan insan alveri ilə mübarizədə irəliləyişə nail olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının İnsan Alveri ilə Mübarizə Məsələləri üzrə Ekspert Qrupunun (GRETA) hesabatında deyilir.

Hesabatda Azərbaycan üzrə 2014-cü ilin mayında dərc olunmuş hesabatdan sonrakı müddətdə insan alveri ilə mübarizə sahəsində inkişaf qiymətləndirilir:

"GRETA Azərbaycanda bir sıra sahələrdə, xüsusilə də insan alveri ilə mübarizə sahəsində qanunvericiliyə edilən dəyişikliklər, müvafiq mütəxəssislərin hazırlanması, insan alveri ilə bağlı məlumatlılığın artırılması, eləcə də insan alveri qurbanlarının müəyyənləşdirilməsi və onların yardıma göndərilməsi kimi sahələrdə əldə olunan irəliləyişi alqışlayır".