Şahin Mustafayev: "Azərbaycan Türkmənistandan qeyrineft tranzitinin xeyli artacağını gözləyir"


Siyasət 23 Noy 2018 16:44:00 275 0

Şahin Mustafayev: "Azərbaycan Türkmənistandan qeyrineft tranzitinin xeyli artacağını gözləyir"

2018-ci ilin yanvar-sentyabr aylarında Türkmənistandan Azərbaycan ərazisi ilə qeyri-neft tranzitinin həcmi 190 min ton təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın nəqliyyat-tranzit potensialına həsr edilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, bu, Türkmənistandan Azərbaycan vasitəsilə tranzitin ümumi potensialını əks etdirmir və gələcəkdə bu göstərici dəfələrlə artacaq.

Ş.Mustafayev əlavə edib ki, Azərbaycanla Türkmənistan arasında yük daşıyıcıları üçün viza rejimi sadələşdiriləcək: "Bu, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-22-də Türkmənistana səfəri çərçivəsində imzalanmış müvafiq sazişdə nəzərdə tutulub".

O bildirib ki, hesabat dövründə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri vasitəsilə tranzit yükdaşımaların həcmi 10 milyon ton təşkil edib. Bunun 8,4 milyon tonu neft və neft məhsullarının, təqribən iki milyon ton isə qeyri-neft məhsullarının tranzitinin payına düşür.

Nazirin sözlərinə görə, 2018-ci ilin 9 ayı ərzində Azərbaycan ərazisi ilə tranzit yükdaşımaların həcmi 23 faiz artıb. "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə yükdaşımalar isə 100 dəfə çoxalıb.

Son.az