"Azərbaycanfilm" kinostudiyasında Xalq artisti Rasim Ocaqovun Yaradıcılıq studiyasının açılışı olub FOTO


Kriminal 22 Noy 2018 18:07:00 277 0

"Azərbaycanfilm" kinostudiyasında Xalq artisti Rasim Ocaqovun Yaradıcılıq studiyasının açılışı olub  FOTO

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun (1933-2006 ) 85 illiyi münasibətilə dahi sənətkarın Yaradıcılıq studiyasının açılış mərasimi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə görkəmli mədəniyyət və incəsənət xadimləri, Rasim Ocaqovun ailə üzvləri iştirak ediblər.

Yaradıcılıq studiyasında bir zamanlar burada dahi sənətkar işləyərkən olan ab-hava yaradılıb: otaqda iş və yazı masası, stolüstü lampa, qələm, qənd qabı, siqaret, külqabı, operator kamerası, divarda isə kinofilmlərdən fotolar.

Rasim Ocaqovun adı milli və sovet kinematoqrafiyasına qızıl hərflərlə yazılıb. Onun operatoru olduğu "Onun böyük ürəyi", "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?", "Bir cənub şəhərində" və digər filmlər, eləcə də rejissoru olduğu "Qatır Məmməd" "Tütək səsi", "Ad günü", "Özgə ömür", "Park", "Ölsəm, bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq", "Təhminə", "Otel otağı" kimi filmlər milli kino tariximizin unudulmaz səhifələridir.

O, SSRİ Dövlət mükafatına layiq görülmüş yeganə azərbaycanlı rejissor olub ("İstinataq" filimi, 1979).

"Azərbaycanfilm"in direktoru Müşfiq Hətəmov qonaqlara Yaradıcılıq studiyası haqqında məlumat verib: