"Xalq artistlərinin qucağında böyümüşəm" Debüt FOTO


Kriminal 21 Noy 2018 23:24:00 291 0

"Xalq artistlərinin qucağında böyümüşəm"  Debüt  FOTO

Mirsənan Kazımlı: "Atam aktyor olmaq istəyimi eşidəndə, qəti şəkildə etiraz etdi. İki il mübarizə aparmalı oldum" 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Teatr böyük bir məbəddir. Burada çalışmaq hər nə qədər əyləncəli və asan görünsə də, işə gələndə heç də elə deyil. Bu gün teatra üz tutan gənclər isə onun çətinliklərini duyar-duymaz, daha asan yolla tanınmağa və filmlərə, seriallara çəkilməyə can atırlar.

Bu günkü "Debüt" rubrikamızın qonağı Mirsənan Kazımlı isə teatrda böyüyüb. Özünü dərk edəndən səhnənin onun üçün əvəzedilməz bir yer olduğunu deyir.  Uşaq yaşlarından Gənc Tamaşaçılar və Akademik Milli Dram teatrlarında çalışıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Teatr və kino aktyorluğu" ixtisası üzrə təhsil alır. Əməkdar artist Nicat Kazımovun oğludur. 

O, teatrda Cənnət Səlimovanın quruluşunda "Məkkəyə gedən yol" tamaşasında Əhməd, "Şeyx Sənan"da çocuk, Natalya Başevanın quruluşunda hazırlanan "Şelkunçik"də üç obraz, Bəhram Osmanovun "Gəncə qapıları"nda Səlim, Nicat Kazımovun "Xeyir və şər" tamaşasında vəzir, Fikrət Məlikovun "Dəli yığıncağı"nda Fazil Məhəmməd ibn Yaqub Küleyni və bir çox başqa rolları canlandırıb.      - Aktyor ailəsində doğulmaq və uşaqlıqdan teatrda olmaq necə bir hissdir?

- Çox gözəl. Atam həm aktyor, həm də rejissor, xalam Sevinc Mehrəliyeva və onun həyat yoldaşı Vüsal Mehrəliyev aktyordurlar. Məndən əvvəl ailəmizdə artıq 3 nəfər aktyor var idi. Uşaq yaşlarımdan, hətta 40-ım çıxmamışdan teatrda böyümüşəm. Atam məni işi ilə əlaqədar olaraq Akademik Milli Dram Teatrına aparırdı. 9 yaşımdan Gənc Tamaşaçılar Teatrında işləmişəm. Mən uşaq olanda valideynlərim çalışırdılar. Elə günlər olub ki, atamın məni qoymağa yeri olmayıb, özü ilə teatra aparıb. Tamaşanın məşqinə başlayanda, kənarda olan aktrisalar məni oynadırdılar. İndiki xalq artistlərinin qucağında böyümüşəm, onlar məni böyüdüblər desəm, yəqin ki, yanılmaram. 

- İlk rolunuzu xatırlayırsınız?

- İlk rolum Cənnət Səlimovanın rejissorluğu altında "Məkkəyə gedən yol" tamaşasında əsas qəhrəman olub. Daha sonra "Şelkunçik", "Şeyx Sənan" və "Müsyö Jordan Dərviş Məstəli şah" kimi tamaşalarda obrazlar canlandırmışam. 4 il Akademik Milli Dram Teatrında çalışmışam. Gənc Tamaşaçılar Teatrı ilə paralel iki il "Azdrama"da işlədim və daha sonra oradan da ayrıldım.     - Səbəb nə idi?

- O zaman sənədlərimi Türkiyə üçün hazırlayırdım. Daha çox zamana ehtiyacım var idi.   - Atanıza aktyor olmaq istəyinizi dedikdə, necə qarşıladı? Adətən sənət adamları övladlarının onların sənəti ilə məşğul olmasını istəmirlər.

- Çox pis qarşıladı. Onun bu günə qədər çəkdiyi əziyyətlərin şahidi olmuşam və bütün bunların müqabilində mənim də aktyor olmaq istəyimi eşidəndə, qəti şəkildə etiraz etdi. Dedi ki, istəmirəm mənim çəkdiyim bu əziyyətləri sən də çəkəsən. Bu sənəti seçəndə bilirdim ki, gələcəkdə məni həmin məşəqqətli günlər gözləyir.

- Bəs könlünü, razılığını necə aldınız?

- İki il atamla mübarizə apardım. O deyirdi ki, sənə icazə verməyəcəm aktyor olasan. Mən isə inad edirdim. İki il mübarizədən sonra atam mənə dedi ki, aktyor olmağına bir şərtlə razılıq verərəm. Türkiyədə təhsil alsan və orda qalıb işləsən.    - Bəs niyə Azərbaycanda təhsil aldınız?

- Türkiyəyə imtahan verdikdə, paralel olaraq Azərbaycanda da verdim. Burda artıq qəbul olmuşdum. 3 gün idi ki, dərsə gedirdim. Türkiyəyə getdim, sənədlərimi verdim və oradan 5 universitetdən təklif aldım. Ancaq onlardan imtina etdim.    - İncəsənət ailəsində doğulan uşaqlar rejissorluğa daha çox can atırlar və iştirakçısı olduğu səhnədə idarəçiliyin onlarda olmasını istəyirlər. Belə olan halda, siz nə üçün rejissor deyil, məhz aktyor olmaq istədiniz?

- Heç zaman düşünməmişəm ki, gələcəkdə tamaşa hazırlayaram və yaxud da kimisə idarə edərəm. Uşaq vaxtı tamaşalara gəlib baxırdım, həvəslənirdim, oynayırdım. Aktyorluğa həvəs məndə məhz uşaq yaşlarımdan yarandı. Əgər mən rejissor olmaq istəsəydim, Türkiyədə qazandığım 5 universitetin birində oxuyardım. Türkiyənin ən yaxşı və prestijli universitetlərindən ikisinə - İstanbul və İzmir universitetlərinin rejissorluq ixtisasına qəbul olmuşdum və mənim orada işləmə imkanlarım da olacaqdı.

Onu da əlavə edim ki, rejissor idarəedici deyil. Rejissor aktyora nizam verir, ona necə oynayacağını göstərir. Obrazın içini isə aktyor özü doldurmalıdır. Aktyor özü bir müəllif olmalıdır. 

- Aktyorluq sənətində sizi nə cəzb etdi - alqışlar, sevgi, məşhurluq?..


Xəbərə aid fotolar