Sumqayıt Dövlət Dram Teatrı məktəbliləri sevindirdi FOTO


Kriminal 21 Noy 2018 14:27:00 263 0

Sumqayıt Dövlət Dram Teatrı məktəbliləri sevindirdi  FOTO

Sumqayıt Dövlət Dram Teatrının kollektivi Sumqayıt şəhər məktəblilərinin estetik zövqünün, dünya görüşünün, bədii anlamının formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onların Azərbaycan və dünya dramaturgiyası nümunələri ilə tanışlığına böyük önəm verir.

Elə bu məqsədlə məktəblilərin qısa tətil günlərində kiçik və orta yaş təbəqəsini əhatə edən tamaşaçılar üçün hazırlanmış yeni tamaşalar göstərilir. Noyabr ayında kollektiv rus xalq nağılı əsasında "Kim güclü, kim ağıllı?", Qrimm qardaşlarının "İtkin qız" tamaşalarını balaca dostlarına təqdim edir. "Kim güclü, kim ağıllı" tamaşanın süjet xətti özündə dostluğu, cəsarəti, vətənpərvərliyi ehtiva edir.

Teatrın rəhbəri Əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə  Azərbaycanda ilk dəfə əlaçı, intellektli şagirdlərdən ibarət alternativ bədii şura yaradılıb. Bu da, heç şübhəsiz, uşaq və yeniyetmələrin arzu və istəklərinin nəzərə alınmasında, onları düşündürən aktual problemlərə uyğun əsərlərin seçilib repertuara daxil edilməsində səmərəli bəhrəsini verəcəkdir.


Xəbərə aid fotolar