"Bakılı belə danışır Bakı ləhcəsi" kitabının imza günü keçirildi FOTO


Kriminal 21 Noy 2018 12:25:00 1211 0

"Bakılı belə danışır  Bakı ləhcəsi" kitabının imza günü keçirildi  FOTO

Səyavuş Əlizadənin müəllifi olduğu "Bakılı belə danışır - Bakı ləhcəsi" kitabının imza günü keçirildi.

Son.az bildirir ki, tanınmış simaların da iştirak etdiyi imza günündə müəllif və qonaqlar kitab haqqında fikirlərini bildirdilər. "Bakılı belə danışır - Bakı ləhcəsi" adlı lüğəti Bakı və Abşeronun ətraf kəndlərində (Bakı dialektində) işlədilmiş, arxaikləşmiş, ümumişlək söz və ifadələrin etnoqrafik, dialektoloji izahı verilən elmi-populyar kitabdır. 

Onu da qeyd edək ki, kitabın baş məsləhətçisi Respublikanın mərhum xalq yazıçısı Qılman İlkin (Musayev), kitab haqqında rəyin müəllifi isə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmidir.