"Leyli və Məcnun" haqqında


Kriminal 20 Noy 2018 13:16:00 292 0

"Leyli və Məcnun" haqqında

The Guardian, Böyük Britaniya

20.11.2018 

Müəllif: Luk Cenniniqs

12-ci əsrin poeması olan "Leyli və Məcnun" bir şair və onun sevdiyi, lakin itirdiyi qız haqqındadır. Lord Bayron bu poemanı "Şərqin Romeo və Cülyetta"sı kimi xarakterizə edir.

"Leyli və Məcnun" operası ilk dəfə 1908-ci ildə Azərbaycanda, Bakıda səhnələşdirilib. 2007-ci ildə onu violençel ustası Yo-Yo Manın rəhbərlik etdiyi "İpək Yolu" ansamblı ifa edib. 2016-cı ildə isə amerikalı xareoqraf Mark Morris "İpək Yolu" ansamblının ifa etdiyi əsərin xareoqrafiyasını yaradıb. Morrisin rəqqaslarının azərbaycanlı vokalistlər Alim Qasımov və Fərqanə Qasımova, həmçinin 12 nəfərlik güclü heyətə malik "İpək Yolu" ansamblı ilə birgə canladırdığı "Leyli və Məcnun" əsəri kifayət qədər uğurlu alınıb. Qeyd edək ki, F.Qasımova A.Qasımovun qızıdır.

Bu, zəngin və böyük işdir. Rəqqasların geyimlərini - qadın rəqqaslar səhnəyə tünd qırmızı geyimdə, kişilərsə mavi köynəkdə çıxıb - ötən ilin martında vəfat etmiş britaniyalı rəssam Qovard Hodjkin dizayn edib. Səhnənin arxa hissəsi də Q.Hodjkinin rəsmləri ilə bəzədilib.

Azərbaycanlı bəstəkar Üzeyir Hacıbəylinin yazdığı "Leyli və Məcnun" operası ilk dəfə 1908-ci ildə səhnələşdirilib. Muğamın üstünlük təşkil etdiyi bu opera musiqi şedevri kimi tanınır. "Leyli və Məcnun" operası ifaçılarla tamaşaçılar arasında musiqili poetik əlaqə yaradır. Qəribə görünsə də, bu əsərlə ilk dəfə tanış olan tamaşaçılar belə, onu hərarətlə qarşılayır. Hətta Morrisin tənqidçisi Simon Broton "Songlines" jurnalına bildirib ki, "artıq Morris mənim xoşuma gəlməyə başlayıb. Bu, həddindən artıq möhtəşəm musiqidir. Bu tamaşadakı rəqqaslar da möhtəşəmdir".

"Leyli və Məcnun" səmimi və kədərli əsərdir. Gənc şair Qeyslə uşaqlıq sevgisi Leylini bir-birindən zorla ayrılır, Leylini başqası ilə evləndirirlər. Qəlbi qırılan Qeys səhrada sərgərdan kimi dolaşmağa başlayır. Bu üzdən onu "Məcnun" (dəli) adlandırmağa başlayırlar. Leyli ilə Məcnun bu həyatda qovuşa bilmirlər. Onları ölüm birləşdirir...