Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə gəlib


Siyasət 18 Noy 2018 22:56:00 247 0

Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Belarusun Baş nazirinin müavini Mixail Rusiy və digər rəsmi şəxslər qarşıladılar.