Gürcüstanda “Lotu Quli”nin adamı saxlanıldı


Kriminal 17 Noy 2018 15:25:00 243 0

Gürcüstanda “Lotu Quli”nin adamı saxlanıldı

Gürcüstanın Rustavi şəhərində "oğru aləmi"nə üzvlükdə ittiham olunan 1980-ci il təvəllüdlü əvəllər məhkum olunmuş A.Q. adlı azərbaycanlı saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs Qardabani rayon sakininə hədə-qorxu gələrək ondan 3 min dollar məbləğində pul tələb edib. Məbləğin ödənilməyəcəyi təqdirdə o, həmin şəxsin Rustavidə və Lilo bazarındakı obyekti, evinə və avtomobilinə ziyan vuracağı ilə bağlı şantaj edib.

DİN iki şəxs arasında olan telefon danışığının səs yazısını da yayıb.


Xəbərə aid fotolar