Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiq edilib


Siyasət 16 Noy 2018 18:28:00 258 0

Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiq edilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən, Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilir:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının vergilər naziri

Kollegiyanın üzvləri

Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini Azərbaycan Respublikası vergilər nazirinin müavinləri Naxçıvan Muxtar Respublikasının vergilər naziri Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin baş direktoru