Tarixinə qənim kəsilmiş millətin daha bir qurbanı


Kriminal 15 Noy 2018 13:50:02 357 0

Tarixinə qənim kəsilmiş millətin daha bir qurbanı

Diqqətdən kənar qalan mədəni irs nümunələrimizdən daha biri öyrənilmədən itib gedir. Özündə 500 ilə yaxın tarixi saxlayan abidəni biz niyə qoruya bilmirik?!  

Son.az xəbər verir ki, dövrünün ən monumental abidələrindən sayılan "Kələxana türbələri" bu gün dağılaraq məhv olma təhlükəsi ilə üz-üzə olan abidələrimizdəndir. Şamaxı şəhərinin cənubunda, Kələxana kəndində yerləşən bu türbələr kompleksi XVII əsrə aid edilir.

Tarixi abidənin səciyyəvi xüsusiyyəti onun Azərbaycan memarlığına xas səkkizbucaqlı şəklində və yonulmuş yerli daşlardan tikilməsidir. Türbələrin sayı vaxtilə 9 olsa da, hazırda onlardan yalnız 8-i qalır. Qalan türbələr isə baxımsız olduğu üçün dağılıb. 

Konstruktiv baxımdan Kələxana türbələri Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olan xüsusiyyətlərə malikdirlər. Yaxşı yonulmuş daşların arası əhəng məhlulu ilə bərkidilmişdir. Maraqlı cəhət əhəng məhluluna ağac kömürünün də əlavə edilməsidir.


Xəbərə aid fotolar