Heydər Əliyev Sarayında "Dəfinələr adası" tamaşası təqdim olunacaq VİDEO FOTO


Kriminal 14 Noy 2018 14:46:00 266 0

Heydər Əliyev Sarayında "Dəfinələr adası" tamaşası təqdim olunacaq  VİDEO  FOTO

Heydər Əliyev Sarayında əfsanəvi “Dəfinələr adası” romanı əsasında səhnələşdirilən eyniadlı tamaşa təqdim olunacaq

Heydər Əliyev Sarayında əfsanəvi "Dəfinələr adası" romanı əsasında səhnələşdirilən eyniadlı tamaşa təqdim olunacaq.

Son.az bildirir ki, noyabrın 17-də Heydər Əliyev Sarayında Rusiyanın "Молчи и танцуй" teatrı və rəssam Yelena Vedernikovanın təqdimatında, dünya şöhrətli ingilis yazıçı Robert Luis Stivensonun əfsanəvi "Dəfinələr adası" romanı əsasında səhnələşdirilən eyniadlı tamaşa təqdim olunacaq. Muasir rəqsin və qum animasiyasının möhtəşəm sintezi, səmimiyyət və məhəbbətlə dolu rəqs hərəkətləri və rəssam əllərinin yaratdığı parlaq sujet tamaşaçılara bu nağıl hekayəni onların qəhrəmanları ilə birgə yaşamağa köməklik edəcək. Rusiyanın ən yaxşı rəqqaslarından biri olan Yevgeni Yasmakovun iştirakı ilə, tamaşaçılara breakdance, hip-hop, akrobatika, funk və müasir rəqslər təqdim ediləcək.

Saat 16:00-da başlayacaq tamaşanın biletləri 5-49 manat təşkil edir.

Biletləri iticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.