Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiq edilib


Siyasət 13 Noy 2018 18:25:00 226 0

Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiq edilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:

"Dövlət Komissiyasının sədri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Dövlət Komissiyasının üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası energetika nazirinin müavini Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası təhsil nazirinin müavini Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.".

Xarici İşlər Nazirliyi bu sərəncamla edilən dəyişiklik barədə Yaponiya tərəfinə bildiriş göndərəcək.

Son.az