AMEAnın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib SİYAHI


Siyasət 13 Noy 2018 18:11:00 249 0

AMEAnın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib  SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar elm xadimi"

Quliyev Hətəm Hidayət oğlu

"Əməkdar mühəndis"

Babazadə Oqtay Baba oğlu İsrafilov Yusif Həbib oğlu

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif ediliblər:

Kəngərli Tələt Nəsrulla oğlu Muxtarov Abdulvahab Şərif oğlu

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

"Şöhrət" ordeni ilə

Əliyev Adil Abas Əli oğlu

"Tərəqqi" medalı ilə

Abdullayeva Rasimə Rəşid qızı Biryukova Larisa Nikolayevna Rzayev Azay Qurbətoviç Vəliyev Zəki Abdulla oğlu Vəliyeva Vəsilə Aslan qızı Zöhrabova Vəcihə Ramazan qızı