Azərbaycanlı aktyor 5ci mərtəbədən sallanıb ölümlə üzüzə qaldı: "Elə bildim ki, ömrümün axırıdır" FOTO


Kriminal 12 Noy 2018 21:05:00 332 0

Azərbaycanlı aktyor 5ci mərtəbədən sallanıb ölümlə üzüzə qaldı: "Elə bildim ki, ömrümün axırıdır"  FOTO

Xalq artisti Əjdər Həmidovun Son.az-a müsahibəsi.

- Əjdər bəy, sizin qəribə üz quruluşunuz var. Bu da sizi digər aktyorlardan fərqləndirir.

- Bilirsiniz, bu qaşlar (göstərərək) biri var yuxarı, biri də var aşağı enir. Qaşlar özü də sifətə qəm gətirir.

- Əjdər bəy, zaman-zaman həyat sizi sınaqlarla üz-üzə qoyub. Bu sınaqlar sizi həyatınızda hansı qərarı qəbul etməyə vadar edib?

- Son 5 ildə mən təkliyə qərar vermişəm. İndi tək olmağa üstünlük verirəm. İnsanlarla ünsiyyətdən yorulmuşam, sakitçilik istəyirəm. Bu da mənim xəstəliyimdən sonra baş verdi.

- Nə xəstəlik idi?

- Böyük stressdən sonra əmələ gələn bir xəstəlik idi.

- Bu stress sizdə nə vaxt yarandı?

- "Yoxlama" filminin çəkilişlərində çox təhlükəli səhnələr var. Rejissor Vaqif Mustafayev kaskadyor gətirmişdi ki, məni əvəz etsin. Amma etiraz edib, həmin səhnələri özüm oynamaq istədiyimi bildirdim. Kəndirlərlə bağlayıb məni 5-ci mərtəbədən yerə salladılar. Külək əsdi, məni göydə fırlatdı. O zaman bərk qorxdum, elə bildim ki, ömrümün sonu gəldi. Yerə düşmək təhlükəsi ilə üz-üzə qaldım. O stressdən, qorxudan sonra 2 il xəstə yatdım.

- Xəstəliyə necə qalib gəldiniz?

- Xəstəliyə təslim olmadım, dedim ki, sən məni yıxa bilməyəcəksən. Qarşıma tam məqsəd qoyub, buna qalib gəldim. Hal-hazırda dərmanla yaşayıram, dərman atmasam olmur. Şükür Allaha ki, yenə də teatrda işimin başındayam.

- Elə bir arzunuz varmı, ona hələ də çatmamısız?


Xəbərə aid fotolar