Azərbaycanın İsveç, eyni zamanda Norveç və Finlandiyadakı səfiri vəzifəsindən geri çağırılıb


Siyasət 12 Noy 2018 18:04:00 289 0

Azərbaycanın İsveç, eyni zamanda Norveç və Finlandiyadakı səfiri vəzifəsindən geri çağırılıb

Prezident İlham Əliyev Azərbaycanın İsveç, eyni zamanda Norveç və Finlandiyadakı səfirini vəzifəsindən geri çağırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın".