Qubada əmisinin gəlinini qaçırdığı üçün öldürülən oğlanla bağlı


Kriminal 11 Noy 2018 13:12:00 284 0

Qubada əmisinin gəlinini qaçırdığı üçün öldürülən oğlanla bağlı

Quba rayonunda əmisinin gəlinin qaçıran Elşad Əsədovun qətlində ittiham olunan daha bir nəfər həbs edilib.

Son.az publika.az-a istinadən xəbər verir ki, son olaraq rayonun Tülər kənd sakini Nazim Mikayılov barəsində həbs-qətimkan tədbiri seçilib. Beləliklə, dəhşətli linçetmə hadisəsi və qətllə bağlı həbs edilənlərin sayı 6-ya çatıb. Daha əvvəl E.Əsədovun qaçırdığı Aynurun atası, qayını, əri və daha 2 kənd sakini məhkəmə qarşısına çıxarılaraq barələrində həbs qərarı verilmişdi.

Son olaraq həbs edilən N.Mikayılova gəlincə, o E.Əsədovla qızın Bakıda tutularaq rayona gətirilməsində əsas rol oynayan şəxslərdən biri olub. Rusiyadan Qubaya yeni qayıtmış N.Mikayılov Bakıdan rayona gətirilən Aynuru evində saxlayıb, Elşadı isə digər qohumlarının müşayəti ilə kəndin mərkəzinə aparıb.