Azərbaycanlı bacılar Türkiyədən deportasiya olundu


Kriminal 09 Noy 2018 12:09:00 259 0

Azərbaycanlı bacılar Türkiyədən deportasiya olundu

Karabük ərazisində polis əxlaqsızlıq yuvasına basqın edib.

Son.az unikal.org-a istinadən xəbər verir ki, nəticədə fahişəlikdə və fahişəliyə zəmin yaratmaqda təqsirləndirilən 2 bacının da olduğu 6 qadın saxlanılıb. Saxlanılanlardan 2-si bacı olmaqla 3-ü azərbaycanlıdır.

Əməliyyat nəticəsində saxlanılanlar Rus əsilli F.R (29), azərbaycanlı K.S.(45), A.S.(19), L.M. (50) ilə yanaşı qadınlarla pul qarşılığında cinsi münasibətdə olan TÇ. (46), İ.Ö (39) və M.A. (38) polis bölməsinə aparılıb.