Xalq artisti illər sonra ETİRAF etdi: "Yenidən sevmək mümkün deyil, çünki..." FOTO


Kriminal 08 Noy 2018 21:05:00 297 0

Xalq artisti illər sonra ETİRAF etdi: "Yenidən sevmək mümkün deyil, çünki..."  FOTO

Xalq artisti Rafael Dadaşovun Son.az-a müsahibəsi.

- Rafael müəllim, müsahibələrinizin birində demisiniz ki, atanız, görkəmli sənətkar Məlik Dadaşova görə həmişə əziyyət çəkmisiz. Bu fikri deməyinizə səbəb nə olub?

- Bəli, güclünün istəməyənləri çox olur. Heç vaxt zəifə fikir vermirlər. Məlik Dadaşov güclü sənətkar idi. O vaxtı onu sevmirdilər. Bir insanı hamı sevə bilməz. Çünki atam sənətdə çox geniş addımlarla gedirdi. Ona gücləri çatmayanda mənə daş atırdılar. Necə ki, mənə gücləri çatmayanda qızımı daş-qalaq edirlər. Sənətkarın övladına həmişə xüsusi diqqət, qayğı olmalıdır.

- Ətrafınızdakı insanların yaxşı, yaxud pis olduğunu necə ayırd edirsiniz?

- İnsanları tanımağa zaman lazımdır. Hər şey zamanında qiymətini tapır. Ən sevdiyin bir insan zamanla dəyişib başqa adam ola bilər. Yaxud da əksinə. Bir sözlə, zaman sınaqdır.

- Zamanında sizi Azərbaycanın "Alen Delonu" adlandırıblar. Maraqlıdır, qadınlar sizi cəlb edib yoxsa siz qadınları?

- Həm mən cəlb etmişəm, həm də məni cəlb ediblər. İstəsəydim, həyatım başqa cür olardı.

- Necə?

- Sadəcə, mən bir xanıma vuruldum və ailə həyatı qurdum. Mən daha sərbəst yaşasaydım, ailə həyatı da gec qurardım, uşaqlarım da gec olardı.


Xəbərə aid fotolar