Bakıda rəfiqəsini doğrayıb zibil qutusuna atan qadına


Kriminal 08 Noy 2018 20:10:00 283 0

Bakıda rəfiqəsini doğrayıb zibil qutusuna atan qadına

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Qorlova 17 il azadlıqdan məhrum edilib

İttihama görə, bu il fevralın 16-da Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində doğranmış insan bədəni tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.