Milena Nəbiyevanın "Payızımın çalarları" adlı ikinci fərdi sərgisi keçirilir


Kriminal 08 Noy 2018 16:14:00 290 0

Milena Nəbiyevanın "Payızımın çalarları" adlı ikinci fərdi sərgisi keçirilir

7-11 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzinin Sərgi Qalereyasında Milena Nəbiyevanın "Payızımın çalarları" adlı ikinci fərdi sərgisi keçirilir.

Sərgi çərçivəsində müəllifin 60-dan çox rəsm əsəri nümayiş ediləcəkdir. Milena Nəbiyeva özünün yaradıcılıq üslubunu tapmağa, bədii icra imkanlarını bir qədər genişləndirməyə imkan verən  dekorativ-tətbiqi sənət sahəsi kömək etmişdir. Qeyd etmək lazımdır ki, Muzey Mərkəzinin Sərgi Qalereyasının  rahat  zalları  rəssamın  sözlərinə  görə,  ona  o  qədər  doğma  olmuşdur  ki,  ikinci  fərdi  sərginin  keçirilməsi  üçün yer seçimi artıq əvvəlcədən bəlli idi.  2017-ci  ilin fevralında sənətə  dəyər  verənlər,  tənqidçilər  və  sənət  həvəskarları   artıq  Ankara  və  Sankt-Peterburqda  keçirilən  sərgilərdə  iştirak  etməyə  müvəffəq  olmuş, böyük sənət yolunda ilk addımlarını atan rəssamın  yaradıcılıq  "palitrası"  ilə  tanış  olmaq  imkanı əldə etdilər. O  zaman,  soyuq  fevral  günlərində  onun  rəsm  əsərləri  tamaşaçılara  parlaq  yayın  dadını  və  ya  payız  təmtərağının  zənginliyini  bəxş edərək,  boyaların  parlaqlığı  və  onların  Swarovski  kristallarının  parıltısı ilə birləşməsi  hesabına  Muzey  Mərkəzinin Sərgi Qalereyasının  zallarını,  sözün  əsl  mənasında    isitmiş  və al-əlvan  rənglərə  boyamışdı...    

"Payızımın  çalarları"  adlı  sərgi  sanki  rəssam  və  onun  tamaşaçısı  arasında  il yarım bundan  əvvəl başlamış dialoqun  davamıdır.  Bu  layihənin  çərçivəsində  Milena  Nəbiyevanın  sənət  əsərləri  artıq  müəllifin  şəxsi  inkişafının  müəyyən  mənada  yenidən  qiymətləndirilməsi  kimi  görünür.  

Sərginin  ideyasının  əsasında  ilin  fəsillərinin  dəyişməsinə insanın münasibəti əks etdirən fəlsəfə durur. Rəssamın özü qeyd edir ki, "Mənim  fikrimcə,  biz  özümüzü  qışdan  sonra  başlayan  yaz  kimi,  payızın  yayı əvəz  etdiyi  kimi,  dövriliklə  dərk  edirik.  Bu  ildən  ilə  belə  davam  edir,  ona  görə  ki,  idrak  və  dərk  etmə  prosesi  bizim  bütün  həyatımız  boyunca    dayana  bilməz  və  dayanmamalıdır.  Əks  halda,  insanın  onu  əhatə edən  dünyanın  bütün  gözəlliklərini  hiss  etmədiyi  "ruhun  və  ürəyin  ölümü"  başlayır.  Bu  xüsusilə  də  yaradıcılıq  yolunu  seçmiş  insanlara  aiddir.  Mən  öz  əsərlərimdə  həyatın  zəfərini  və  onun  dərk  edilməsinin  sonsuz  xoşbəxtliyini  tərənnüm  etməyə  çalışıram.  Məhz  bu  fikirləri  mən  əsərlərimdə  tətbiq  etməyə  çalışmışam  ki,  bunlar  da  "Mənim  payızımın  çalarları"nda  öz  əksini  tapmışdır.  

Nə  üçün  mən  ilin  bu  fəslini  seçmişəm?  Mən  təsdiq  edirəm  ki,  payız  -  bu,  toplanmış  təcrübənin zənginliyini ən aydın  şəkildə dərk  etdiyimiz  və  özümüzün  bu  zənginliklə  dolu olduğumuzu yenidən  qiymətləndirdiyimiz  bir  dövrdür.  Payız  -  bu,  bizim  də  bir  hissəsini  təşkil  etdiyimiz  təbiətin  gözəlliyi  ilə  birlikdə özünüdərkin  çoxistiqamətliliyidir.  Yəqin  ki,  ona  görə  də  məhz  bu  sərgidə mənim  bir  çox  işlərim    bir  çox  əsrlərdən  keçib  gəlmiş  və  zamanın  müdrikliyini  özündə  saxlayan,  özünün  müqəddəs  mənası ilə unikallığı  özündə  birləşdirən  milli  ornament  butanı  özündə  ehtiva  edir.  Mənim  tərəfimdən  təqdim  edilən  əsərlər  -  həm  təbiətin  hədiyyələrinin  müxtəlifliyi,  həm    qadın  portretləri,  həm  naxışlar - bunu  etiraf  etməkdən  qorxmuram,  Azərbaycanımız, Ürəkdən,  Ruhla  yaratmaq  üçün  inanılmaz  imkanlar  bəxşedən  vətənimiz  üçün  yaradılmış  Himndir..."

Qeyd edək ki, Milena Nəbiyeva peşəkar ali rəssamlıq təhsili almasa da Azərbaycan Rəssamlar İttifaqının üzvüdür və aşağıda sadalanan sərgilərin iştirakçısıdır:

2015 - V.Səmədova adına Sərgi Salonu;

2015 - "До-Галерея", Санкт-Петербург;

2016 - "Galeri Artis" Ankara;

2016 -  Müasir İncəsənət Muzeyi;