Ər arvadına balta ilə xəsarət yetirib


Kriminal 07 Noy 2018 22:59:00 276 0

Ər arvadına balta ilə xəsarət yetirib

Şəmkirdə ər həyat yoldaşını baltalayıb.

Son.az "report"-a istinadən bildirir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Əliyev Ələkbər Müzəffər oğlu balta ilə həyat yoldaşı, 2000-ci il təvəllüdlü Mehdixanova Nərmin Famil qızının baş nahiyəsinə bir neçə zərbə endirərək, ona ağır xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.