Toyvo Klaar: "Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə predmet danışıqlarının tez bir zamanda keçiriləcəyinə ümid edir"


Siyasət 07 Noy 2018 16:32:00 41 0

Toyvo Klaar: "Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə predmet danışıqlarının tez bir zamanda keçiriləcəyinə ümid edir"

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə predmet danışıqlarının tez bir zamanda keçiriləcəyinə ümid edir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, Bakıda səfərdə olan Toyvo Klaar deyib.

Təşkilat rəsmisinin sözlərinə görə, Aİ gərginliyin azalmasını, Azərbaycan və Ermənistan rəhbərliyinin münaqişənin nizamlanmasına konstruktiv yanaşmalarını alqışlayır:

"Aİ ümid edir ki, bu, münaqişənin qarşılıqlı kompromislər əsasında dinc nizamlanması məqsədilə mümkün qədər tez bir zamanda konkret və predmet danışıqlarla müşayiət olunacaq. Bununla əlaqədar, Aİ ATƏT Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir".

Bundan başqa, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin mətbuat xidmətinin rəhbəri Anri Dükenn Trend-ə bildirib ki, Azərbaycana ikigünlük səfəri çərçivəsində T.Klaar dövlət başçısı İlham Əliyevlə görüşüb, eləcə də xarici işlər naziri, müdafiə naziri və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşlər planlaşdırılır.

ABŞ-da seçkilərdə ölü namizəd qalib gəldi like
  • 07 Noy 16:25  
Digərləri ABŞ-da seçkilərdə ölü namizəd qalib gəldi

ABŞ-da ötən gün keçirilmiş parlament seçkilərində Nevada ştatında Res

arrow Ətraflı
Rəşidə Tlaib ABŞ Konqresinə seçilən ilk like
  • 07 Noy 16:20  
Dünya Rəşidə Tlaib ABŞ Konqresinə seçilən ilk

Birləşmiş Ştatlarda keçirilən aralıq seçkilərinin nəticələrinə gör

arrow Ətraflı
Ürfan Abbasov :"Buna son qoyaq" like
  • 07 Noy 16:17  
İdman Ürfan Abbasov :"Buna son qoyaq"

“Qəbələ” mənim doğma klubumdur. Burada 200-cü oyunumu ke&c

arrow Ətraflı
Yekaterinburqda hərbi zavod yanır like
  • 07 Noy 16:12  
Dünya Yekaterinburqda hərbi zavod yanır

Rusiyanın Yekaterinburq şəhərindəki "Vektor" hərbi zavodunda yan

arrow Ətraflı
Londonda erməni təxribatının qarşısı alınıb (FOTO) like
  • 07 Noy 16:11  
Digərləri Londonda erməni təxribatının qarşısı alınıb (FOTO)

Londonda "Dünya Səyahət Bazarı" sərgisində Ermənistanın təxribatının

arrow Ətraflı
Astaraçayın daşması nəticəsində 35 ailə təxliyə olundu like
  • 07 Noy 16:08  
Digərləri Astaraçayın daşması nəticəsində 35 ailə təxliyə olundu

Noyabrın 5-6-da cənub bölgəsində yağan leysan xarakterli yağışlarla ba

arrow Ətraflı
“Mən də istəyərəm gedim görüm, necə bir şeydir?” like
  • 07 Noy 16:04  
Digərləri “Mən də istəyərəm gedim görüm, necə bir şeydir?”

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı "Psix

arrow Ətraflı