Qonşusunu öldürən çobana 17 il cəza verildi


Kriminal 06 Noy 2018 19:54:00 269 0

Qonşusunu öldürən çobana 17 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Natiq Binyətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Binyətov 17 il azadlıqdan məhrum edilib.