Səfir: "İraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMTnin qətnamələrinin yerinə yetirilməsinə çağırır"


Siyasət 06 Noy 2018 13:45:00 286 0

Səfir: "İraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMTnin qətnamələrinin yerinə yetirilməsinə çağırır"

İraqın Azərbaycanla çox dərin əlaqələri var və Azərbaycan İraqın regionda ən yaxşı tərəfdaşıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İraqın Azərbaycandakı səfiri Fadil Avad əl-Şuveyli bu gün keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, İraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır: "İraq münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir və BMT-nin qətnamələrinin yerinə yetirilməsinə çağırır".