Elmar Məmmədyarov: "Azərbaycan ədalətsizlikdən, o cümlədən torpaqlarının işğal olunmasından əziyyət çəkir"


Siyasət 05 Noy 2018 11:56:00 223 0

Elmar Məmmədyarov: "Azərbaycan ədalətsizlikdən, o cümlədən torpaqlarının işğal olunmasından əziyyət çəkir"

Azərbaycan ədalətsizlikdən, o cümlədən torpaqlarının qonşu Ermənistan tərəfindən işğal olunmasından əziyyət çəkir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fələstin dövlətinin Asiya qitəsindəki səfirlərinin konfransında deyib.

Nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi qətnamələr hələ də yerinə yetirilmir.

E.Məmmədyarov bildirib ki, işğal olunmuş ərazilərdə azərbaycanlılar etnik təmizləməyə məruz qalıb.