İƏTin növbəti iclası İranda keçiriləcək


Siyasət 04 Noy 2018 16:00:00 271 0

İƏTin növbəti iclası İranda keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin nümayəndələrinin 234-cü iclası 5-6 noyabrda Mazandaranda keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu sözləri İranın Mazandaran vilayəti valisinin iqtisadi məsələlərinin əlaqələndirilməsi və insan resurslarının inkişafı üzrə müavini Həsən Xeyranpur deyib.

Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndələri, baş katib və xarici heyətlərdən ibarət 45 nəfər iki günlük iclasda iştirak edəcək.