Beynəlxalq Muğam Mərkəzində məşhur bəstəkar Emin Sabitoğlunun yaradıcılığı qeyd olundu


Kriminal 02 Noy 2018 18:10:00 301 0

Beynəlxalq Muğam Mərkəzində məşhur bəstəkar Emin Sabitoğlunun yaradıcılığı qeyd olundu

Noyabrın 1-də Beynəlxalq Muğam Mərkəzində "ASAN Könüllülər" təşkilatının "Mədəniyyət carçısı" proqramı çərçivəsində və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə xalq artisti, tanınmış bəstəkar, Azərbaycan kinosunun bir çox sevilmiş musiqilərinin müəllifi Emin Sabitoğlunun 81 illiyinə həsr olunmuş konsert keçirildi.

Son.az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan himni səsləndi.

Tədbiri açan "ASAN Könüllülər" təşkilatının sədri Səbinə Cabbarova öz çıxışında qeyd etdi ki, bu proqram könüllülərin istedadını üzə çıxartmaq məqsədini daşıyır və bununla əlaqədar  müxtəlif təlim, tədbir və konsertlərin keçirilməsi nəzərdə tutulub. O, gənc istedadlı könüllülərə  bundan sonrakı fəaliyyətlərində  uğurlar arzuladı.

Sonra "ASAN könüllülər" təşkilatından iştirakcılar sevimli bəstəkarımız Emin Sabitoğlunun  mahnılarından ibarət konsert proqramı ilə çıxış etdilər.


Xəbərə aid fotolar