İki dostdan DƏHŞƏTLİ HƏRƏKƏT: içdilər və gecə yarısı gəlib... Azərbaycanda


Kriminal 02 Noy 2018 08:33:00 241 0

İki dostdan DƏHŞƏTLİ HƏRƏKƏT: içdilər və gecə yarısı gəlib...  Azərbaycanda

Şəmkirdə qətl törətməkdə təqsirli bilinən 1975-ci il təvəllüdlü Laçın Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Laçın Məmmədov 2014-cü il noyabrın 24-də, gecə saat 03 radələrində Şəmkir şəhəri, H.Aslanov küçəsi 14 saylı ünvanda yerləşən "Qaqalar market" adlı mağazada mağazanın sahibi Firuz Zamanovu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum edib.

İçki məclisi

Belə ki, Laçın Məmmədov həmin gün yaşadığı Şiştəpə kəndində həmkəndliləri Anar Qurbanov, Zeynal Aslanov və Mirəli İbadullayev ilə spirtli içki içib.

Daha sonra Laçın Məmmədov Anar Qurbanovla birlikdə sonuncunun idarə etdiyi "VAZ-21015" markalı avtomobilə əyləşib, çaxır almaq məqsədilə saat 03.15-də Şəmkir şəhəri, H.Aslanov küçəsi 14 ünvanında yerləşən "Qaqalar market" adlı mağazaya gəlib.

Marketdə mübahisə

Anar Qurbanov maşını mağazanın qarşısında saxladıqdan sonra mağazaya daxil olub. Bu zaman Laçın Məmmədov Anar Qurbanovun satıcı İsrafil İsrafilzadə ilə mübahisə etdiyini görüb. O, özü də maşından düşərək, ora gəlib.

Laçın Məmmədov içəri daxil olaraq satıcıya Anar Qurbanovun sərxoş olduğunu deyib, aranı sakitləşdirib. Sonra bir ədəd çaxır alıb, Anarla birlikdə mağazadan gediblər.

Gecəyarısı dava

Həmin gün saat 03.23-də çaxır şüşəsinin ağzındakı tıxacı satıcıya açdırmaqdan ötrü Laçın Məmmədov Anarla birlikdə yenidən həmin mağazanın qarşısına gəlib.

Bu dəfə Laçın Məmmədovun özü içəri daxil olub, satıcı İsrafil İsrafilzadədən çaxırın qapağını açmağı xahiş edib. Bu zaman Anar Qurbanov yenidən içəri girib, çaxırın qapağını aça bilməməsini İsrafil İsrafilzadəyə kobud formada irad tutub.

Daha sonra Anar Qurbanov sonuncuya məxsus "İPHONE" markalı mobil telefonunu götürüb və İsrafil İsrafilzadəyə tərəf atıb.

Mağaza sahibinin qətli

Laçın Məmmədov əvvəlcə Anarın bu hərəkətlərinin qarşısını almağa təşəbbüs göstərsə də, həmin vaxt mağazaya daxil olan mağazanın sahibi Firuz Zamanov Anar Qurbanova iradına kobud formada etiraz bildirib.

Laçın Məmmədov Firuz Zamanova zor tətbiq edib, ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirib. Laçın Məmmədov sonra heç bir əsaslı səbəb olmadan Firuz Zamanovu qəsdən öldürmək qərarına gəlib.

İki zərbə və ittiham

Laçın Məmmədov bu niyyətlə üstündə gəzdirdiyi bıçaqla Firuz Zamanovun kürəyinə 2 dəfə zərbə endirib. Zərbənin təsirindən Firuz Zamanov hadisə yerində ölüb.