Azərbaycanlı aktyor Hacıbaba Bağırovla bağlı SİRRi illər sonra açdı: "Mənə dedi ki..." FOTO


Kriminal 01 Noy 2018 21:05:00 344 0

Azərbaycanlı aktyor Hacıbaba Bağırovla bağlı SİRRi illər sonra açdı: "Mənə dedi ki..."  FOTO

Əməkdar artist Çingiz Əhmədovun Son.az-a müsahibəsi.

- Çingiz bəy, yaradıcılığınızda hind incəsənəti xüsusi yer tutur. Hindistana bu qədər sevgi sizdə hardandır?

- Biz uşaqlıqdan hind filmləri ilə böyümüşük. Hind aktyorlarını, xüsusilə Hindistanı çox sevirəm. Hətta o vaxt 5 illik müqavilə ilə məni Hindistana dəvət etmişdilər. İstəyirdilər ki, məni orada filmə çəksinlər. Amma anam bu təklifə etiraz etdi. Buna heç heyfslənmirəm də, çünki Hindistanın Ci Mi-si varsa, Azərbaycanın da Çinası var (gülür).

- Siz həm də Rəhman Rəhmanovla uzun müddət tərəf müqabili olmusunuz. Bu cütlüyü kim yaratmışdı?

- Bu cütlüyü bizim dəyərli rejissorumuz Maarif Məmmədov yaratmışdı. Biz Rəhmanla 40 ilə yaxın bir yerdə çalışdıq. Bizim səhnəciklərimiz tamaşaçılar tərəfindən çox maraqla qarşılanırdı.

- Keçmişə baxarkən kədərli günlərinizin daha çox olduğunu deyə bilərsiniz, yoxsa sevincli?

- Aktyorun qəlbi həmişə kövrəkdir. O, kiçik şeylərlə xoşbəxt olmağı bacarır. Tamaşaçının diqqəti, alqışı, sevgisi, təbii ki, bizi sevindirir.

- Teatra yeni gələn gənclərə dəstək olursunuz?

- Bəli, onlara çox dəstək oluram. Mənə teatrda "əmi" deyə müraciət edirlər. Bəzən gəlib məsləhət də alırlar.

- Gəncləri qısqanırsınız?


Xəbərə aid fotolar