Əli Əmirlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib FOTO


Kriminal 01 Noy 2018 13:49:00 287 0

Əli Əmirlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib  FOTO

Yazıçı-dramaturq Əli Əmirlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Son.az xəbər verir ki, oktyabrın 31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Azərbaycan yazıçısı, ssenarist, dramaturq, əməkdar incəsənət xadimi Əli Əmirlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə Azərbaycanın xalq artisti, Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov, xalq artistləri, "Şöhrət" ordeni laureatları' Prezidentin fəxri təqaüdçüləri Afaq Bəşirqızı, Şükufə Yusupova, sevilən aktyorlar, xalq artistləri Hacı İsmayılov, Səidə Quliyeva, teatr rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, əməkdar artist Məsmə Aslanqızı, rejissor, aktyor Şərif Qurbanəliyev və digər qonaqlar iştirak ediblər. 

Aparıcı tədbir iştirakçılarını salamlayaraq, yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Daha sonra yubilyarın sənət dostları yazıçı-dramaturqun yaradıcılığından danışıblar , onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Ə.Əmirli "Ərizə", "Meydan", "Cəza", "Bala, bəla sözündəndir?", "Ağqoyunlular və qaraqoyunlular", "Onun iki qabırğası", "Yeddi məhbusə", "İtkin ər", "Səhnədə məhəbbət", "Varlı qadın", "Mesenat" və sairə pyesləri Bakı teatr səhnələrində tamaşaya qoyulub. O, hekayə, povest və romanlardan ibarət 7 kitabın müəllifidir.


Xəbərə aid fotolar