Məşhur heroin alverçisi Xaçmazda ələ keçdi


Kriminal 30 Okt 2018 20:14:00 225 0

Məşhur heroin alverçisi Xaçmazda ələ keçdi

Xaçmaz rayonunda küçədə heroin alveri ilə məşğul olan şəxslər tutulub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Heydər Əliyev küçəsində baş verib.

Rayonun Xudat şəhəri, H.Əliyev küçəsi, ev 26-da yaşayan, Rusiya Federasiyası vətəndaşı Balasoltanov Elçin Abdulağa oğlu həmin küçədəki "Kaspi Palace" şadlıq evinin qarşısında narkotik maddə qəbul etdiyi və üzərində gəzdirdiyi üçün saxlanılaraq Xaçmaz rayon Polis Şöbəsinə gətirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində H.Əliyev küçəsi, 48 sayı evdə yaşayan 1969-cu il təvəllüdlü Duraxanov Nizami Əsgər oğlu evinin qarşısında E.Balasoltanova 20 manata 3 ədəd bükülmüş vəziyyətdə heroin satdığı üçün saxlanılıb.