Quba sakini həmkəndlisini döyüb


Kriminal 29 Okt 2018 21:49:00 306 0

Quba sakini həmkəndlisini döyüb

Quba sakini həmkəndlisini döyüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, oktyabrın 25-də Bağbanlı kənd sakini sakini, 40 yaşlı Əfqan Əhmədovun qapalı kəllə beyin travması diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Əfqan Əhmədov izahatında kənd ərazisində tanımadığı şəxs tərəfindən döyülərək xəsarət aldığını bildirib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Tofiq Əhmədov saxlanılaraq polis şöbəsinə gətirilib. Dindirilmə zamanı T.Əhmədov törətdiyi əməli etiraf edərək, həmkəndlisini döyərək ona xəsarət yetirdiyini bildirib.