Xalq artisti: “Xanımıma deyiblər ki, ərin küçədə qadınla öpüşür”


Kriminal 29 Okt 2018 18:45:00 292 0

Xalq artisti: “Xanımıma deyiblər ki, ərin küçədə qadınla öpüşür”

Xalq artisti, tanınmış aktyor Ağaxan Salmanlı doğum günündə xanımına tərif yağdırıb.

Son.az xəbər verir ki, yenicag-a danışan aktyor 77 yaşda gümrah qalmasının sirrini açıqlayıb:

"Sənət adamı elədir ki, ətrafında dost-tanışlar, sevənləri çox olur. Gərək həyat yoldaşı bu dostluqları anlayışla qarşılasın. Bu sarıdan bəxtim gətirib. Xanımım məni anlayıb. Amma cavan vaxtlarımızda bir-iki dəfə aramızda qısqanclıqlar olub. Xanımıma deyiblər ki, ərin küçədə bir qadınla öpüşürdü. Məqsəd də ailəyə qanqaraçılıq salmaq idi. Yoldaşıma deyirdim ki, onlar hamısı mənim sənət yoldaşlarımdır, aramızda səmimi münasibət var. Axırda yoldaşım da başa düşdü ki, mən sənət adamıyam və belə xırda şeylərə görə məni qısqanmadı. İndi yüzü gəlib desə ki, ərini filan qadınla öpüşən görmüşəm, vecinə də olmaz. Çünki mənə inanır. Qadın qısqanclıqları ilə kişini yormasa, o, həmişə gümrah qalar. Sənətimə də minnətdaram. Bu sənətin sayəsində tamaşaçı sevgisi qazanmışam və bu sevgi məni yaşadıb".