Baqirinin Azərbaycana səfəri təxirə salındı


Siyasət 29 Okt 2018 16:45:00 229 0

Baqirinin Azərbaycana səfəri təxirə salındı

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqirinin Azərbaycana səfəri, onun iş qrafikində baş vermiş dəyişikliyə görə təxirə salınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, səfərin yeni tarixi tərəflər arasında razılaşdırıldıqdan sonra elan olunacaq.

Qeyd edək ki, bu gün İran KİV İranın Silahlı Qüvvələri Baş Qərargahının ictimai əlaqələr şöbəsinə istinadla Azərbaycan müdafiə nazirinin rəsmi dəvəti əsasında general Məhəmməd Baqirinin hərbi heyətin müşayiəti ilə Azərbaycana səfər edəcəyini bildiriblər.