“Gürcüstanda seçicilərin fikir ifadə etməsinə heç bir təsir olmayıb”


Siyasət 28 Okt 2018 23:13:00 245 0

“Gürcüstanda seçicilərin fikir ifadə etməsinə heç bir təsir olmayıb”

"Gürcüstanda keçirilmiş prezident seçkilərində seçicilər azad şəkildə öz fikirlərini ifadə edə biliblər".

Son.az "Report"a istinadən bildirir ki, bunu qonşu ölkədəki bugünkü seçkiləri müşahidə etmiş Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü İlham Məmmədov deyib.

O bildirib ki, seçicilərin fikirlərini ifadə etmələrinə heç bir təsir olmayıb:

"Müşahidə apardığımız məntəqələrdə seçkilərin keçirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun bütün lazımi şərait yaradılıb. Seçkilər ümumilikdə stabil şəraitdə keçirilib".

İ.Məmmədov Gürcüstanda baş tutmuş prezident seçkilərinin gürcü xalqının gələcəkdə daha firavan və demokratik şəraitdə yaşamasını təmin edəcəyini deyib.

Qeyd edək ki, qonşu ölkədəki prezident seçkilərini Azərbaycan MSK-nın iki üzvü və iki aparat əməkdaşı olmaqla 4 nəfərdən ibarət nümayəndə heyəti müşahidə edib.