İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
Siyasət 28 Okt 2018 11:38:00 251 0
Oktyabrın 29-u Türkiyənin İstanbul şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani arasında 7-сi üçtərəfli görüş keçiriləcək.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Məlumatda bildirilir: "Görüş zamanı üçtərəfli əməkdaşlıq üzrə tərəqqinin, son regional və qlobal hadisələrin müzakirəsi gözlənilir".
Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri arasında 6-cı üçtərəfli görüş 2017-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib.
Son.az
Mənbə: milli.az