Azərbaycan üçün dünyaca əhəmiyyətli platforma


Siyasət 27 Okt 2018 11:29:00 267 0

Azərbaycan üçün dünyaca əhəmiyyətli platforma

"Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsi və onun növbəti sayının baş tutması çox mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycan bu forumda öz dəyərlərini dünya ilə bölüşür. Bu forumda həmişə əsas müzakirə mövzusu olan mədəniyyətlər, sivilizasiyalar, humanist yanaşmalar, tolerantlıq, insan amili ilə bağlı məsələlər isə elə xalqımızın ən böyük dəyərləridir".

Bu barədə Son.az-a açıqlamasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib.

Azərbaycan dövləti son 10-15 il ərzində xeyli güclənib Bununla yanaşı millət vəkilinin sözlərinə görə, Azərbaycan bu dəyərləri dünya ilə bölüşərək öz həmfikir dostlarını əldə edir: "Bunun nəticəsində bir sıra ölkələrin nümayəndələri, Azərbaycanın dəyərlərini bölüşən şəxslər, bizimlə həmfikir olanlar ölkəmizlə tərəfdaşlıq və əməkdaşlıq istiqamətində atılan addımlarını gücləndirirlər".  Forumda iştirak edən şəxslərin nüfuzu və sanballığı, eləcə də müzakirə edilən məsələlərin aktuallığı gələcəkdə onun dünya səviyyəsində daha böyük platformaya çevriləcəyinə əsas verir: "Bizim istəyimiz ən azından ondan ibarətdir ki, bu dəyərlər dünyada inkişaf etsin, dünyada dini, milli, mədəni fərqlilik üzərində qurulmuş zorakılığa son qoyulsun. Azərbaycanın məqsədi regionda və dünyada sülhün və əminamanlığın bərqərar olması, qarşılıqlı, bərabərhüquqluq əməkdaşlığın və tərəfdaşlığın genişləndirdirilməsindən ibarətdir".

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva VI Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində iştirak ediblər - FOTO Qeyd edək ki, Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Forumun rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

"Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 580-dən çox nümayəndə qatılıb.

Dövlətimizin başçısı Forumun açılışında nitq söyləyib. Sonra Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets Prezident Vladimir Putinin Forum iştirakçılarına müraciətini oxudu və çıxışında Forumun ildən-ilə inkişaf etdiyini, Bakının humanitar dialoq mərkəzinə çevrildiyini bildirib. Daha sonra BMT baş katibinin müavini Rəşid Xalikov, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, UNESCO-nun baş direktorunun müavini Qu Ksinq və Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baron və digərləri çıxış ediblər.

Xatırladaq ki, 2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.  

İlkin İzzət Son.az