Bakıda 29 yaşlı kişi kürəyindən bıçaqlandı, bıçaqlayan qaçdı


Kriminal 26 Okt 2018 22:17:00 278 0

Bakıda 29 yaşlı kişi kürəyindən bıçaqlandı, bıçaqlayan qaçdı

Bakıda bıçaqlanma hadisəsi olub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Sabunçu rayonunun Pirşağı qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Məmmədov Elnur Əli oğlu 1982-ci il təvəllüdlü qəsəbə sakini Məmmədov Samir Vidadi oğlu tərəfindən kürəyindən bıçaqlanıb. Bıçaqlanan şəxs xəstəxanaya yerləşdirilib.