Rusiyalı hərbi ekspert: "Ermənistan regionda sabitsizlik mənbəyidir"


Siyasət 26 Okt 2018 15:44:00 274 0

Rusiyalı hərbi ekspert: "Ermənistan regionda sabitsizlik mənbəyidir"

Ermənistan bölgədə sabitsizlik mənbəyi olaraq qalır.

Son.az xəbər verir ki, bunu report-a rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

O, həmin ölkədə "indi də seçki vasitəsilə dövlət çevrilişini legitimləşdirmək, parlamentə Nikol Paşinyanın tərəfdarlarını seçdirmək yolu ilə onun şəxsi hakimiyyətini möhkəmləndirmək" siyasəti yürüdüldüyünü vurğulayıb.

Ekspertin fikrincə, N.Paşinyana hakimiyyətin ötürülməsi ölkəni uzunmüddətli sabitsizlik girdabına sürükləyir: "Belə ki, Paşinyan ölkədə öz şəxsi hakimiyyətini qursa da, korrupsiya ilə mübarizə aparmaq, əhalinin rifahını qaldırmaq kimi əsas vədlərini yerinə yetirməyəcək".

"Bununla yanaşı, erməni diasporu ölkəyə investisiya qoymaq barədə Paşinyanın çağırışlarına məhəl qoymayıb. Onlar bildirirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması sərmayələr üçün ciddi siyasi və hərbi təhlükə yaradır. Yəni bütün məsələlər Dağlıq Qarabağ probleminə dirənir, bu problem həllini tapmasa, Ermənistan iqtisadiyyatı indiki vəziyyətdə qalacaq", - İ.Korotçenko deyib.