Dostu Rafiq Hüseynovla bağlı: "Oğlunun faciəsinə dözə bilmədi..."


Kriminal 26 Okt 2018 14:54:00 296 0

Dostu Rafiq Hüseynovla bağlı: "Oğlunun faciəsinə dözə bilmədi..."

Mərhum xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun xatirə günüdür.

Son.az xəbər verir ki, xalq artisti, məşhur diktor Sabir Ələsgərli həmkarı ilə bağlı xatirələrini yenicag.az-la bölüşüb:

"Rafiq işıqçıdan sədr müavini vəzifəsinə qədər yüksəlmişdi. O, həm Azərbaycan, həm də rus dilini mükəmməl səviyyədə bilən peşəkar diktor idi. Rafiq nəinki Azərbaycanda, Rusiyada da çox sevilirdi. Ona Rusiyada televiziyada iş təklif olundu, amma o qəbul etmədi, çünki vətənə hədsiz dərəcədə bağlı insan idi. Dostcanlı, səxavətli insan idi. Kimsə ondan nəsə xahiş etsəydi, dərhal kömək edərdi".