Qazaxıstanlı ombudsman: "Hətta Bakıya ötəri baxış əldə olunmuş nailiyyəti təsdiq edir"


Siyasət 26 Okt 2018 14:29:00 284 0

Qazaxıstanlı ombudsman: "Hətta Bakıya ötəri baxış əldə olunmuş nailiyyəti təsdiq edir"

Azərbaycanın uğurları aşkardır, iqtisadi göstəriciləri isə ölkənin əldə etdiyi nailiyyətləri təsdiq edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən Dayanıqlı İnkişaf Forumunda Qazaxıstanda insan hüquqları müvəkkili, ombudsman Askar Şakirov deyib.

O bildirib ki, Bakı forumunun əhəmiyyətini qiymətləndirmək çətindir.

Ombudsmanın sözlərinə görə, bu cür güclü forumun Bakıda keçirilməsi əlamətdar hadisədir:

"Sizin ölkənizin uğurları, hətta Bakıya ötəri baxış, eləcə də iqtisadi göstəricilər əldə olunmuş nailiyyəti təsdiq edir".

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.