Baş katibin köməkçisi: "Azərbaycanla BMT arasında yüksək səviyyəli əməkdaşlıq var"


Siyasət 25 Okt 2018 19:41:00 291 0

Baş katibin köməkçisi: "Azərbaycanla BMT arasında yüksək səviyyəli əməkdaşlıq var"

Azərbaycanla BMT arasında yüksək səviyyəli əməkdaşlıq var və bu əməkdaşlığa görə Azərbaycana öz təşəkkürümü bildirmək istərdim.

Son.az Trend-ə istinadən bildirir ki, bunu BMT Baş katibinin köməkçisi Rəşid Xalikov Dayanıqlı İnkişafa dair Bakı Forumunda deyib.

R.Xalikov qeyd edib ki, Bakı Forumu Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqla bağlı səmərəli fikir mübadiləsi aparmaq üçün çox əhəmiyyətlidir.

Baş katibin köməkçisi bildirib ki, bu məqsədlərin həyata keçirilməsi üçün birgə səylər göstərilməlidir.

Son.az