Rusiyalı politoloq: "Bakı Humanitar Forumunda qarşılıqlı anlaşma ruhu hökm sürür"


Siyasət 25 Okt 2018 16:32:00 288 0

Rusiyalı politoloq: "Bakı Humanitar Forumunda qarşılıqlı anlaşma ruhu hökm sürür"

"Bakı təkcə sivilizasiya və dinlərin kəsişdiyi şəhər deyil, həm də onların qarşılıqlı mövcud olduğu yerdir. Hamı bilir ki, dünyanın heç bir yerində Bakı Humanitar Forumu kimi tədbir keçirilə bilməz".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov deyib.

O.Kuznetsovun sözlərinə görə, Bakı Humanitar Forumunda qarşılıqlı anlaşma ruhu hökm sürür və siyasi konyunktur yoxdur:

"Hər kəs Bakı prosesinin əhəmiyyətini gözəl başa düşür. Humanitar baxımdan Bakı planetar əhəmiyyət daşıyır. Mənim ISESCO-nun baş katibinin çıxışı xoşuma gəldi. O dedi ki, burada sivilizasiyalararası dialoq yox, ümumdünya humanitar dialoqi keçirilir".

O.Kuznetsov bildirib ki, bu, həmin tədbirin xarakterinin və mühitinin göstəricisidir.

Son.az