Ekspert: "Xəzər dənizinin dalğaları alternativ enerji kimi istifadə oluna bilər"


Siyasət 25 Okt 2018 14:30:00 274 0

Ekspert: "Xəzər dənizinin dalğaları alternativ enerji kimi istifadə oluna bilər"

Xəzər dənizinin dalğalarından istifadə etməyi iqtisadi baxımdan araşdırmaq lazımdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Mazandaran Universitetinin elmi heyətinin üzvü Fatimə Kardel deyib.

F.Kardel qalıq enerjilərin tükənən olduğunu və alternativlərin zəruri olduğunu bildirib: "Alternativ enerjilər - günəş, su, külək və mümkün olduğu halda dalğaların enerjisindən qalıq enerjilərin yerinə istifadə etmək olar. İranın su ehtiyatının çatışmazlığına görə, daha çox günəş enerjisindən istifadə etmək mümkündür. Külək enerjisindən istifadə üçün xüsusi bir bölgə müəyyənləşməlidir. Dalğaların enerjisi üçün isə güclü dalğalara ehtiyac duyulur".

Alimin sözlərinə görə, Xəzər dənizinin dalğaları sahillərin enerjisinin bir hissəsini təmin edə bilər: "Bununla belə, Xəzər dənizində yüksək səviyyədə enerji istehsal edə biləcək böyük dalğalar yoxdur".